Futbol üzrə ölkə çempionatının 4-cü turunda çempionata çox yaxşı başlayan “Sabah” səfərdə “Qəbələ”nin qonağı olub.

İlk hissədə əsasən meydan sahibi “Qəbələ” futbolçuları üstün olsa da hesabı aça bilməyiblər. Fasilədən sonra təşəbbüsə yiyələnən qonaqlar yerli azarkeşləri məyus ediblər. Elvin Camalovun qapı önünə ötürməsindən sonra tamamilə boş mövqedə olan Boyan Letiç bir toxunuşla topu David Volkovun önünə vurub. Fürsətdən yararlanan gürcüstanlı futbolçu bu mövsüm ilk qolunu rəsmiləşdirib. Çox keçmədən fərq artıb. Coy-Lans Mikkels başla dəqiq oynayıb. “Qəbələ” – “Sabah” 0:2. 4 turdan sonra 12 xal toplayan “Sabah” turnir cədvəlinə başçılıq edir. “Qəbələ” isə 9 xalla 3-cüdür.